Polşa, Çexiya və Bolqarıstan öz hava məkanlarını bağladığı barədə Rusiya kompaniyalarını xəbərdar edib.
Eləcə də bax: Rusiyaya təyyarə satışına - QADAĞA QOYULDU
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ria Novosti informasiya agentliyi məlumat yayıb. Mənbənin məlumatına görə, Polşa, Çexiya və Bolqarıstan hava məkanlarını bağladıqları barədə aviakompaniyalara bildiriş göndərib.
Qeyd edək ki, bir müddət öncə adı çəkilən ölkələr Ukrayna-Rusiya münaqişəsi ilə əlaqədar yanvarın 26-dan etibarən rus aviakompaniyalarına məxsus təyyarələr üçün öz hava məkanlarını bağlayacaqlarını bildirmişdi.