Bu ilin yanvar-dekabr aylarında Azərbaycana 99,1 milyon dollar dəyərində 8 min 163 ədəd yük daşımaq üçün nəzərdə tutulmuş avtomobil idxal edilib.
Fed.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, yük avtomobili idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 41,9 milyon dollar və ya 29,7%, miqdar ifadəsilə isə 267 ədəd, başqa sözlə 3,2% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ölkəyə 141 milyon dollar dəyərində 8 min 430 ədəd yük avtomobili gətirilmişdi.
Bu ilin yanvar-dekabr aylarının nəticələrinə görə idxal olunan bir yük avtomobilinin orta qiyməti 12 min 141 dollar (təxminən 20 min 640 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 16 min 729 dollar (təxminən 28 min 439 manat) idi. Bu da illik müqayisədə 4 min 588 dollar (7 min 800 manat) və ya 27,4% ucuzlaşma deməkdir.










