Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu, Kağıthane-İstanbul Hava Limanı metro xəttinin 22 Yanvar 2023-cü il Bazar günü istifadəyə veriləcəyini açıqlayıb.
Avropada ötən ilin ən işlək hava limanı - MƏLUM OLDU
FED.az xəbər verir ki, nazir metronun yanvarın 22-də prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılacağını bildirib.
Nazir deyib ki, metro xəttinin Mecidiyeköy-Mahmutbey metro xətti ilə inteqrasiyası sayəsində bütün rels sistemləri ilə İstanbul Hava Limanına birbaşa, təhlükəsiz, sürətli və qənaətli şəkildə çatmaq mümkün olacaq.
Xəttin açılması ilə İstanbul Hava Limanına Kağıthane-dən cəmi 24 dəqiqəyə, Göktürk-dən isə 12 dəqiqəyə çatmaq mümkün olacaq.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Sabiha Gökçen Hava Limanı metro stansiyası istifadəyə verilib. (Marja)