Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 2022-ci il üçün Avropa hava limanları və hava nəqliyyatı ilə bağlı geniş hesabatını dərc edib.
İstanbul Hava Limanı dünyanın ən işlək hava limanları arasında - TOP-5-ə DAXİL OLUB
FED.az xəbər verir ki, 2022-ci il hesabatına görə, Türkiyənin İstanbul Hava Limanı gündə orta hesabla 1156 uçuşla il ərzində Avropanın ən işlək hava limanı olub.
COVID-19 epidemiyasının başlanğıc tarixi olan 2019-cu il ilə qarşılıqlı qiymətləndirmənin aparıldığı hesabata görə, İstanbul Hava Limanı Avropada epidemiyadan əvvəlki uçuş saylarını tutan yeganə hava limanı olub.
İstanbul hava limanını gündəlik 1140 uçuşla Amsterdam, 1122 uçuşla Paris, 1048 uçuşla Frankfurt və 1042 uçuşla London Hava Limanı izləyıb. (Oxu.az)