Bakı metropoliteninin “Xocasən” stansiyası və “Xocasən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.
Eləcə də bax: Bu ilin sonuna qədər metronun “Xocasən” stansiyası - İSTİFADƏYƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Hidayət Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:
“Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb. Hazırda stansiyada sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək”. (Modern.az)