2022-ci ilin sonuna qədər "Bakı Metropoliteni" QSC-nin “Bənövşəyi xətt”in yerüstü stansiyası olan “Xocasən” sərnişinlərin istifadəsinə veriləcək.
Eləcə də bax: Bakı Metropoliteni hələ ki pandemiyadan əvvəlki göstəricilərə - ÇATMAYIB
FED.az xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.
“2016-cı il aprelin 19-u Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müstəqillik dövrünün ilk, Bakı metropoliteninin üçüncü – “Bənövşəyi xətti”nin açılışı olub.
Bənövşəyi xətt iki stansiya ilə (“Avtovağzal” və “Memar Əcəmi”) istifadəyə verilib. Hazırda xəttin 3 stansiyası var”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan Bakı metrosunun hazırda xətlərinin sayı 3-ə (yaşıl, qırmızı və bənövşəyi), xətlərinin uzunluğu təxminən 40 km-ə, stansiyalarının sayı isə hələ istismar edilməyən “8 Noyabr” stansiyası da daxil olmaqla 26-ya çatır. (Report)