Xırdalan qəsəbəsi Bakının alt mərkəzlərindən biri kimi müəyyən edilib.
FED.az xəbər verir ki, bu barədə yeni açıqlanan Bakının Baş Planında bildirilir.
Əslində Xırdalan Bakının inzibati ərazisinə aid olmasa da, Bakının çoxmərkəzli inkişaf sistemində xüsusi rol oynayır. Bakının bəzi yaşayış məntəqələrinin Xırdalanla sıx funksional əlaqəsi, həmçinin Xırdalanın Abşeron nəqliyyat şəbəkəsinə inteqrasiya olunması onun alt-mərkəz kimi inkişafına əsas verir. Baş plan müəllifləri hesab edir ki, Xırdalan nümunəsi göstərir ki, Bakı ilə ətraf rayonlar arasında inzibati səviyyədə bölgələrarası qarşılıqlı əlaqələrin qurulmasına ehtiyac var.
Xırdalan alt mərkəzinə Xırdalan, Xocahəsən, Sulutəpə, 28 May, Müşviqabad, Masazır, Qobu və Hökməli qəsəbəsi və kəndləri aiddir.