Lökbatan qəsəbəsi Bakının alt mərkəzlərindən biri kimi müəyyən edilib.
FED.az xəbər verir ki, bu barədə yeni açıqlanan Bakının Baş Planında bildirilir.
Lökbatan alt mərkəzinə - Lökbatan, Puta, Korgöz, Sahil, Ümid, Qızıldaş və Çeyildağ qəsəbələri aiddir.
Planda deyilir ki, logistika və ticarət sahəsi güclü inkişaf etmiş Lökbatan Mərkəzi Bakının qərb qapısı kimi fəaliyyət göstərəcək.
2027-ci ildən əvvəlki dövrlərdə Lökbatanda dəmir yolu stansiyası və xidmətləri təkmilləşdirilərək sərnişindaşıma məqsədi üçün istifadə olunacaq və burada Lökbatandan Bakı Mərkəzi Dəmir yolu Stansiyasına müntəzəm dəmir yolu reysləri həyata keçiriləcək.
Əsas inkişaf əraziləri olaraq (yaşayış, qarışıq istifadə və yüngül sənaye əraziləri) dəmir yolu stansiyasına yaxın ərazilərin ətrafı nəzərdə tutulur. Ətrafdakı yaşayış məntəqələrində əhali sıxlığının az olması ilə əlaqədar şəhər inkişafının əsasən Lökbatana yönələcəyi nəzərdə tutulur.