“Laçın dəhlizində nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqlar davam etməlidir”.
Təcili: Ermənistan Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratmaq təklifinə - QARŞI ÇIXIŞ EDİB
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
“Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır ki, Ermənistandan Qarabağa silah və sursat daşınmasın. Rusiya sülhməramlılarının orada faktiki qalma müddəti var. Eyni zamanda Qarabağdan qanunsuz erməni hərbi birləşmələri çıxarılmalıdır. Beləliklə, həm Laçın dəhlizi, həm də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması məsələsi həllini tapmalıdır”, - deyə Vahid Əhmədov vurğulayıb. (Apa)