"Azərbaycan Dəmir Yolları" QSC-nin törəməsi - “ADY Konteyner” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə əlavə yüklərin cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Eləcə də bax: Azərbaycan şirkəti Türkiyə mallarının - Avropaya Nəqlinə Başlayıb
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, BTQ vasitəsilə Gürcüstandan keçməklə Türkiyədən Azərbaycana və əks istiqamətdə konteyner qatarları ilə yüklərin çatdırılmasını nəzərdə tutuan TURKUAZ layihəsi çərçivəsində ilk dəfə olaraq rekord sayda - 48 konteynerdən ibarət blok qatar ölkəmizə yola düşüb. 45 futluq konteynerlərdə Konya şəhərindən Bakıya şəkər tozu çatdırılacaq. Qatarla ümumilikdə ölkəmizə 1344 ton şəkər tozu gətirilir.
“ADY Konteyner”in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” layihəsi çərçivəsində daşımaların həcmi artmaqdadır. Ötən ay layihə çərçivəsinsə 222 konteyner daşınıb. Artıq yola düşən və yüklənməkdə olan konteynerlərin sayı deməyə əsas verir ki, bu ay daşınacaq konteynerlərin sayında da artım olacaq. Bu da öz növbəsində BTQ ilə daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq.