2019 -cu ildə pandemiyadan əvvəl 1.3 milyon sərnişin zəmanətinin yalnız 6 faizini yerinə yetirə bilən Zafer Hava Limanının satışa çıxarıldığı bildirilir.
Eləcə də bax: İflas edən şirkəti satın alıb - Qabaqcıl Polad İstehsalçısına Çevirdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, Türkiyə KİV-nin yaydığı məlumara görə, hava limanının inşasını dövlət-özəl işbirliyi ilə üzərinə götürən inşaat şirkətinin idarə heyətinin üzvü Abdullah Keleş bildirib ki, “hava limanına qoyduğumuz sərmayəni bizə ödəyə biləcək istənilən tərəfə verməyə hazırıq.
Qeyd edək ki, pandemiyadan əvvəlki son ildə hava limanı illik 1.3 milyon sərnişin hədəfinin yalnız 6 faizini həyata keçirə bilib. 2021 -ci ildə isə hava limanı ilə daşınan sərnişinlər 7 mini keçməyib. İnşaat şirkətindən bildirilib ki, Dövlət, inşaat şirkətinə 1,3 milyondan çox sərnişin üzərindən zəmanət ödənişlərini vermək məcburiyyətindədir.