Türkiyənin əsas yük daşıyıcısı “Turkish Airlines” ("Türk Hava Yolları") şirkəti iyunun 10-da yenidən beynəlxalq reysləri yerinə yetirməyə başlayacaq.
Eləcə də bax: Türkiyədə turistlər üçün yeni - MƏHDUDİYYƏTLƏR
FED.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.
"Daxili reyslər 4 iyunda başlayacaq, amma beynəlxalq reyslər 10 iyunda", - o deyib.
Bundan başqa, Aycının sözlərinə görə, sərnişinlər təyyarə salonunda əl yükünü daşıya bilməyəcəklər. Təyyarəyə yalnız əl çantalarını götürməyə icazə veriləcək.
Koronavirus Türkiyədə ilk dəfə martın 10-da Avropadan qayıdan yerli sakində aşkarlanıb. Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 152 mini ötüb, ölkədə 4 222 insan pandemiyanın qurbanı olub, COVID-19-a yoluxmuş 113 987 insan sağalıb.
Report