Bu ilin yanvar-iyul ayları ərzində hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 2 milyon 282 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə sərnişin sayı 61,0 min nəfər və ya 2,7% artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 2 milyon 221 min nəfər olub.