2022-ci ilin I yarısında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 2 milyard 328 milyon 8,2 min manat (cari məzənnə ilə $1,4 milyard) gəlir əldə edib ki, bu da 2021-ci ilin yanvar-iyun aylarının göstəricisindən 51,1% çoxdur.
Eləcə də bax: Azərbaycanın TRACECA-dan gəlirləri - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalardan 1 milyard 893 milyon 678,2 min manat məbləğində gəlir (cari məzənnə ilə $1,1 milyard, artım 41,4%) əldə edilib. Bu gəlirlərin əsas həcmi – 1 milyard 893 milyon 291,8 min manatı (artım 41,4%) beynəlxalq yükdaşımaların, 386,4 min manatı isə daxili yükdaşımaların (artım 64,3%) payına düşüb.
Hava nəqliyyatı ilə sərnişin daşımalarından 434 milyon 330 min manat məbləğində gəlir (artım 2,2 dəfə) əldə edilib. Gəlirlərin əsas həcmi - 398 milyon 60,2 min manatı (artım 2,1 dəfə) beynəlxalq sərnişindaşımaların, 36 milyon 269,8 min manatı (artım 3,3 dəfə) daxili sərnişindaşımaların payına düşüb.
2022-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 245,6 min ton (artım 7.8%), sərnişin daşımalarının həcmi 824,7 min nəfər (artım 2,4 dəfə) təşkil edib.
2021-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 milyard 240 milyon 291,2 min manat (artım 20,4%), sərnişin daşımalarından 635 milyon 109,8 min manat gəlir (artım 85%) əldə edib. (İnterfaks-Azərbaycan)