Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 367 837,9 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 25,3% çoxdur.
Eləcə də bax: Daşıyıcı şirkətlər sürətlə müflisləşir - AVTOBUSLAR SATIŞA ÇIXARILIR
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin birinci yarısında sözügedən göstərici 293 570,1 min manat olub.
Hesabat dövründə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 347 622,6 min manat, sərnişin daşınmasından isə 20 215,3 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 24,7% və 37,4% çoxdur.
Qeyd edək ki, cari ilin birinci yarısında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 253,5 min ton, sərnişin daşımaları isə 50 825,3 min nəfər olub. Qeyd olunan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,3% və 46,1% çoxdur.
Xatırladaq ki, ötən il TRACECA-nın Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 573 797,6 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 0,9% azdır. 2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 843,5 min manat, sərnişin daşınmasından isə 33 954,1 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 45,2% çox və 48,4% azdır. (Apa)