Azərbaycan sürətlə inkişaf edir və yaxın onillikdə ölkədə çoxlu sayda innovativ layihələr həyata keçiriləcək.
Özbəkistan Bakı limanının ərazisində terminal tikmək niyyətindədir
FED.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
O qeyd edib ki, Bakı limanı regionda Avropa Dəniz Limanları Təşkilatının (ESPO) sertifikata layiq gördüyü ilk “yaşıl liman”dır və “yaşıl tikinti”lərlə yaxınlıqdakı yaşayış məntəqələrinə də müsbət təsir göstərəcək.
"Təsəvvürünüzdə hər bir kafe, restoran və yaxud hotelin sizə yalnız orqanik məhsullar təklif etdiyi bir şəhər canlandırın. Bu, bizim gələcəkdə necə yaşamaq istədiyimizlə bağlı bütün təsəvvürləri dəyişir. Və bu layihə potensial beynəlxalq investorlar üçün açıq olacaq", - o deyib.
Baş direktor bildirib ki, yeni qəsəbənin Baş Planına yenidən baxılacaq və ərazinin 70 %-dən çoxu ağaclarla əhatə olunacaq. (Report)