Nazirlər Kabinetinin taksilərlə bağlı qəbul etdiyi yeni tələblərdə minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.
Taksilərdə videokameralar quraşdırılacaq, avtomobillər “avro-5” ekoloji standartına uyğun olmalıdır
Bəs görəsən, taksi sürücülərinin videokamera ilə salondakı sərnişinlərlə bağlı topladığı fərdi informasiyaların taleyi necə olacaq? Bu video-məlumatların təhlükəsizliyi necə qorunacaq?
FED.az xəbər verir ki, təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, taksilərdə nəzarət-müşahidə kamerasının quraşdırılmasının sərnişinlərdə hər hansı naratlıq doğurmasının heç bir əsası yoxdur. Çünki oradakı video informasiyaların üçüncü şəxslə paylaşılması yolverilməzdir.
Elmar Nurəliyev qeyd edir ki, nəzarət-müşahidə kameralarının olmasının müsbət tərəfləri var. Bu, sərnişinə və ya sürücüyə dəymiş zərəri aydınlaşdırmaq üçün mühüm addımlardan biridir.
Onun sözərinə görə, taksilərə yerləşdirilən bu kameralar dünyanın bir çox ölkələrində də var. Ekspert həmçinin taksi sürücülərinə bununla bağlı xüsusi təlimlərin keçriliməsinin vacibliyini də vurğulayıb.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlamağa çalışsaq da, suallarımız cavabsız qaldı. (Xəzərxəbər)