Azərbaycanda taksi daşımaları sahəsində bir qədər başlanan islahatlar və nəzarətin gücləndirilməsi proses davam edir.
AYNA-nın rəhbəri: "Bakıda taksilərin sayı digər ölkələrdə olan saydan 4 dəfə çoxdur"
Nazir müavini: "Bakıda taksilərin sayı 67 mindən 60 minə qədər azalıb, 20 min bəs edir"
FED.az xatırladır ki, qanunvericiliyə edilən dəyişikliklərlə Taksi sifarişi operatorlarına tələblərin qoyulmasından sonra artıq taksi avtomobilərinə də sərt nəzarət başlayır.
Nazirlər Kabineti «Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı»nı təsdiqləyib.
Adından göründlüyü kimi, taksi sifarişi operatorları (Məsələn, «Bolt» və ya «189 taksi» kimi şirkətlər) nəinki əməkdaşlıq etdikləri taksi sürücüləri barədə məlumatları, eyni zamanda bütün taksi sifarişləri barədə ətraflı məlumatları da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA-ya) ötürməlidirlər.
Bura taksinin müştəri götürüb-götürmədiyi, gediş haqqının məbləği, onun necə hesablanması, pulun necə (nağd, yoxsa kartla) ödənilməsi, maşında müştərini olub-olmaması, eləcə də maşina və sürücüyə aid bütün məlumatlar aiddir. Bu məlumatlar real vaxt rejimində, yəni anbaan AYNA-ya göndərilməlidir.
Eyni zamanda AYNA təkcə sifarişlərə deyil, taksi sürücülərinin iş və istirahət rejiminə də nəzarət edəcək. Belə ki, taksi operatorları taksi sürücülərinin iş və istirahət vaxtı ilə bağlı məlumatları da onlayn formada AYNA-ya ötürəcək.
Beleliklə, taksi şirkətləri tərəfindən AYNA-ya aşağıdakı siyahıda göstərilən məlumatlar onlayn göndərilməlidir:
1. taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;
2. taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);
3. taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;
4. taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);
5. daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;
6. taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;
7. taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;
8. taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur - sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin daşımır və sifariş qəbul etmir);
9. taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;
10. taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.
TV-lərin nəzərinə: FED.az-ın məlumatlarından istifadə edərkən hökmən istinad olunmalıdır.