2022-ci ilin ilk yarısında «Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin gəlirləri 30%, xalis mənfəəti isə 2,6 dəfə artıb.
İstiqraz buraxan dövlət şirkətinin rəhbəri: «O istiqrazın ilk alıcısı mən olacam» - MÜSAHİBƏ
FED.az qurumun yarım illik göstəricilərinə əsasən xəbər verir ki, 2022-ci ilin ilk 6 ayında şirkətin gəlirləri 287 milyon manat olub.
Bu 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 62 milyon manat və ya 27,5% artıqdır.
Bu dövrdə şirkətin xalis mənfəəti isə 48,7 milyon manat olub. Ötən il -2021-ci ilin ilk yarısında bu göstərici 18,8 milyon manat idi. Başqa sözlə, ötən illə müqayisədə şirkətin xalis mənfəəti 2,6 dəfə artıb.
Yarım ilin nəticələrinə görə Gəmiçiliyin ümumi aktialərinin həcmi 1,3 milyon manatı keçib. Bir il əvvəllə müqayisədə aktivlər 40 milyon manat yaxın yüksəlib.
Aktivləri, gəlirləri və xalis mənfəətinin artmasına baxmayaraq Gəmiçiliyin öhdəlikləri azalmaqda davam edir.
Əgər ötən ilin ilk yarısında şirkətin öhdəlikləri 200 milyon manata yaxın idisə, hazırda bu göstərici 173 milyon manata düşüb. Təsadüfi deyil ki, Gəmiçiliyin rəisi Rauf Vəliyev qurumun yeni dövriyyəyə buraxmağa hazırlaşdığı dollar istiqrazlarının təqdimatında «siz demək olar ki, borcu olmayan şirkətə yatırım edəcəksiniz» -deyə investorlara müraciət etmişdi.
Doğrudur, istiqraz buraxılışından sonra qşurumun öhdəlikləri 100 milyon dollar və ya 170 milyon manat artacaq. Amma qurumun gəlirlərnin dolarda olduğunu və gəmiçiliyin genişlənmə ilə bağlı planlarını nəzərə aldıqda, öhdəliklərin qarşılınması ilə bağıl ciddi risklər olmayacaq.