Rusiya Federal Hava Nəqliyyatı Agentliyi İrkutskun “İraero” aviaşirkətinin Omsk-Bakı marşrutu ilə uçuşlar həyata keçirməsinə icazə verib.
Rusiyanın daha bir şəhərindən Bakıya - TƏYYARƏ REYSİ AÇILIR
FED.az xəbər verir ki, sənəd agentliyin saytında dərc olunub. Uçuşlar həftədə üç dəfə yerinə yetiriləcək.
Qeyd edək ki, 2021-ci ildə “Red Vings” aviaşirkəti Omsk-Bakı marşrutu ilə uçuşlar həyata keçirəcəyini elan etmişdi. Lakin bu reyslər yerinə yetirilmədi. (Azərtac)