Bakı şəhərində ekoloji baxımdan daha az zərər verən taksilər işə salınacaq.
FED.az xəbər verir ki, Banker.az bunu “189 taksi” şirkətinin əməkdaşlarına istinadən bildirir.
Eləcə də bax: “SOCAR Petroleum” taksilərdə qaz avadanlığı - QURAŞDIRMAĞA BAŞLAYIB
Bildirilir ki, ölkədə əsas yanacaq təminatçısı olan “SOCAR Petroleum” qapalı səhmdar cəmiyyəti ilə “189 taksi” şirkəti arasında yeni layiə olaraq ECOTAXİ fəaliyyətə başlayacaq. Şirkət əməkdaşı bildirir ki, bu tip artıq 5 avtomobil öz parklarında vardır.
Qeyd edilən bu avtomobillərə CNG (STQ – sıxışdırılmış təbii qaz) avadanlıqları quraşdırılıb. “Planlaşdırırıq gələn il taksi parkımıza aid bütün avtomobilləri keçirək bu sistemə” – deyə taksi şirkətinin əməkdaşı Samir Kərimov deyir.
Qeyd edək ki, CNG bəzən LPG ilə qarışdırılır. CNG- sırf təbii qazın bir o qədər də uzun mərhələ keçməyərək emal edilir, LNG isə mayeyə çevrilmiş qaz sayılır.
Hazırda ölkədə CNG daxili istehsal hesabına təmin edilməsinə rəğmən LNG xaricdən emal edilir.
Cari ilin son rübünə qədər əsasən bu iki yanacağın tarifləri 0,45 qəpik/m3 təşkil edirdi. Son dəyişikliyə əsasən LNG-ni xaricdən idxal edilərək daxili bazarı təmin etdiyi üçün qiymətində artımlar edilərək 0,65 qəpik/m3 müəyyən olunub.
Ölkədə artıq “Baku Bus” MMC tərəfindən marşrut xətlərini təmin edən bütün “Iveco” markalı avtobuslar CNG yanacağı ilə təmin edilib.