Rusiyanın «Aeroflot» şirkətinin təyyarəsi Şri-Lankada həbs edilib.
Eləcə də bax: Böyük Britaniya Rusiyanın 3 aviaşirkətini sanksiyalar siyahısına - DAXİL EDİB
FED.az xəbər verir ki, bu barədə «Aeroflot» məlumat yayıb. Məlumatda deyilir ki, təyyarənin lizinqi ilə bağlı problemlərə görə, şirkətin Şri-Lanka-dan Moskvaya olan geri qayıtma reysi təxirə salınıb.
Bildirilir ki, təyyarə bir neçə ay əvvələ qədər Bermud adalarında qeydiyyatda idi. Amma apreldə Rusiya qeydiyyatı alıb və bundan sonra İrlandiyanın «Celestial Aviation Trading Limited» şirkətinin şikayəti ilə ona uçmaq qadağan edilib. Nəticədə şirkətin təyyarəsi Şri-Lanka-nın paytaxtı Kolombo da ilişib qalıb. Qərarı Şri-Lankanın yüksək kommersiya məhkəməsi verib. Məsələ ilə bağlı ilk məhkəmə iclası iyunun 8-də olacaq.