Böyük Britaniya “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” şirkətlərini sanksiyalar siyahısına daxil edib.
Eləcə də bax: Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkələr - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in açıqladığı sənəddə bildirilir.
Sanksiyalar sözügedən şirkətlərin aktivlərinin dondurulmasını nəzərdə tutur.
Əsas kimi XİN bu şirkətlərin strateji sektorda fəaliyyət göstərməklə Rusiya hökumətini dəstəkləməsini göstərib. (Report)