"Türk Hava Yolları" şirkətinin keçmiş CEO-su İlker Aycı Hindistanın milli aviadaşıyıcısı - “Air India” şirkətinin yeni baş direktoru olub.
Eləcə də bax: Türk Hava Yollarının rəhbəri - İSTEFA VERDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, İlker Aycı vəzifəsinin icrasına aprelin 1-dən başlayacaq.
“Air India” bu ilin əvvəlindən özəlləşdirilərək Hindistanın “Tata Group”nun nəzarətinə keçib. Holdinqin İdarə Heyətinin sədri N.Çandrasekaran bildirib ki, İ.Aycı öz biliyi və uzaqgörən idarəetmə tərzi ilə aviasiya dünyasında özünü sübut etmiş liderdir.