Türk Hava Yolları (THY) İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı tutduğu vəzifədən istefa verib.
Eləcə də bax: Türk Hava Yolları mülki aviasiya bazarında - LİDERLƏRDƏN BİRİDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.
Aycının yerinə İnvestisiya və Texnologiya üzrə Baş Direktor Köməkçisi Ahmet Bolat gəlib.
Qeyd edilir ki, THY İdarə Heyətinin sədri İlker Aycı yanvarın əvvəlində yanacağın bahalaşmasından sonra başlayan etirazlar səbəbilə Qazaxıstanda qalıb. Həyat yoldaşı ilə yük təyyarəsində Türkiyəyə qayıdan Aycının komanda yoldaşlarını orada qoyması tənqidlərə səbəb olub.