Naxçıvana uçmaq üçün biletin olmaması və yaxud tapılmaması kimi bir problem ola bilməz.
Nazir müavini: "AZAL-ın bu il mənfəətinin 10 dəfə artması gözlənilir"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Bu gün tələbdən asılı olmayaraq Naxçıvana uçan təyyarələrin sayı 4-dür, bəzi hallarda 14-ə qaldırılır. İnsanlar əvvəlki illərin mənfi təcrübəsinə arxalanırlar. Biz onlayn şəkildə bilet əldə etməyə çağırsaq da, onlar müəyyən vasitəçilərlə bilet axtarmağa çalışır və bu zaman tapır. Amma hər gün növbəti 10 gün üçün Naxçıvana biletlər var. İnsanlar isə hava limanına gedir və yerində bilet tələb edirlər. Bizim xahişimiz odur ki, bir-iki gün öncədən səfəri planlaşdırıb bileti əldə etsinlər", - deyə o qeyd edib.
"Bu gün Naxçıvan xaric bütün istiqamətlər üzrə uçuşlar gəlir gətirir. Zərərli istiqamətimiz demək olar ki, qalmayıb. Naxçıvan istiqamətində isə dövlət subsidiya ayırır, amma bu, zərərin heç 1/6-ni qarşılamır", deyə nazir müavini əlavə edib. (Report)