"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) ötən ili ilk dəfə olaraq mənfəətlə başa vurub.
AZAL-da bilet qiymətlərinin baha olmasına - AYDINLIQ GƏTİRİLDİ
FED.az xəbər verir ki, bunu İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib.
Onun sözlərinə görə, bu il ötənilki gəlirdən 10 dəfə artıq mənfəət gözlənilir.
“AZAL-ın bu il 20 minə yaxın biletinin 29 avrodan satılması təmin olunub. Sonuncu olaraq Avropaya 299 avroya gediş-dönüş kampaniyası keçirilib. Digər tərəfdən, hava limanının optimizasiyası həyata keçirilir. Təyyarələrin dəyişilməsinə start verilir. Bizim hətta ekonom sinfə daxil olan təyyarələrdə geniş salondan istifadə olunur. Bunlar təyyarədəki qiymətlərə təsir edir”, – deyə nazir müavini vurğulayıb. (Apa)