"Almaniya Dəmir Yolları" (Deutsche Bahn) özünün logistik bölməsi olan "Schenker"in Danimarkanın nəqliyyat şirkəti DSV-yə 14,3 milyard avroya satılması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
"Sahibkarlar və şirkətlər Rusiya bazarını həm qiymət, həm də logistika baxımından daha sərfəli bazar hesab edirlər" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, Alman Dəmir Yollarının yaydığı açıqlamada DSV-nin Şenker üçün 14,3 milyard avroluq təklifinin qəbul edildiyi bildirilib.
Lazımi icazələr alındıqdan sonra alışın gələn ilin ikinci rübündə başa çatdırılması gözlənilir.
33 milyard avro borcu olan Alman Dəmir Yolları Almaniyada qatarlarda artan gecikmələrlə bağlı tənqidlərdən sonra əsas dəmir yolu biznesinə diqqət yetirmək və borcunu azaltmaq üçün ötən il "Schenker"i satışa çıxarmışdı.
Sözügedən alış Danimarka şirkəti tərəfindən edilən ən böyük alış kimi qeydə alınıb.
DSV-də dünya üzrə təxminən 75 min işçi çalışır. Danimarka şirkəti Almaniya şirkətinin alınması ilə Avropadakı fəaliyyətini daha da gücləndirmək istəyir.
Baş ofisi Essendə yerləşən Schenker-in 130-dan çox ölkədə 72 min 700 işçisi var.
DSV, alışın təxminən 5 milyard avrosunun səhm satışı və borc hesabına maliyyələşdiriləcəyini açıqlayıb.
Almaniya Nəqliyyat naziri Volker Wissing açıqlamasında "Şenkerin satışı bu istiqamətdə əhəmiyyətli bir addımdır" deyərək, "Almaniya Dəmir Yollarının əsas işi olan Almaniyada dəmir yolu daşımalarına diqqət yetirməsinə" diqqəti çəkib. (Marja)