Naxçıvana uçmaq istəyən sərnişinlərə biletləri onlayn əldə etmələrini tövsiyə edirik. Çünki bu, daha rahatdır.
FED.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Nazir müavini: "AZAL-ın bu il mənfəətinin 10 dəfə artması gözlənilir"
AZAL-da uçuşların sayının iki dəfədən çox artdığını və qiymətlərin 29 avrodan başladığını diqqətə çatdıran R.Hümmətov deyib: “Hava nəqliyyatı sahəsində yeni tələblər çərçivəsində işlər aparılır. Çalışırıq ki, mövcud nöqsanlar aradan qaldırılsın. Artıq təyyarələrin dəyişdirilməsi prosesinə start verilib”.
Pilotların hazırlanmasından da danışan nazir müavini Qəbələdə anqarların təşkil olunması və pilotların orada təlim keçmələri üçün müvafiq tədbirlərin görüldüyünü deyib.