“Port Baku” kimi məşhur olan ərazidə metro stansiyasının inşası nəzərdə tutulub.
Metropoliten genişləndirilir: 35 milyona yeni tunellər və stansiyalar yaradılır
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O qeyd edib ki, “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında “yaşıl xətt”ə daha bir keçid imkanı yaradılacaq:
“Babək prospekti üzərində şəhər istiqamətində ilk nəhəng stansiyamız inşa olunacaq. Bu isə o deməkdir ki, sıx hərəkət olan prospekt boyunca da insanlara daha rahat şərait yaradılacaq”. (Apa)