“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) departamentlərindən birinə direktor təyin edilib.
Eləcə də bax: “PAŞA Bank”a yeni rəhbər təyin edildi - AÇIQLAMA
FED.az Banker.az-a istinadən xəbər verir ki, Zaur Dibirov ölkənin milli aviaşirkəti AZAL-ın Maliyyə və mühasibatlıq departamentinin direktoru təyin edilib.
Z.Dibirov buna qədər “PASHA Holding”in törəməsi “PAŞA İnşaat” MMC-də 2021-ci ilin iyunundan çalışırdı, həmin ilin sentyabrından isə şirkətdə maliyyə direktoru idi.
Daha əvvəllər isə Dövlət Turizm Agentliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə müavini, “PASHA Travel” MMC və “ABSHERON Hotel Group” MMC-də maliyyə direktoru vəzifəsində çalışıb.