Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib.
Eləcə də bax: "PAŞA Bank"a müvəqqəti sədr - TƏYİN EDİLDİ - FOTO
FED.az xəbər verir ki, Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri vəzifəsinə təyin edildiyindən, “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdır. “PAŞA Bank”ın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə isə Bankın İdarə Heyətinin Sədr müavini Cavid Quliyev təyin edilmişdir.
Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 9 iyun 2022-ci il tarixindən etibarən Cavid Quliyev “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, Cavid Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlamışdır. 23 fevral 2016-cı ildə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilmişdir.
Xatırladaq ki, Cavid Quliyev 12 aprel, 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edir.