Bu ilin yanvar-dekabr aylarında Azərbaycana 2 milyard 142 milyon dollar dəyərində 113 min 840 ədəd minik avtomobili idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 575,4 milyon dollar və ya 36,7%, miqdar ifadəsilə isə 31 min 406 ədəd, başqa sözlə 38,1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ölkəyə 1 milyard 566,6 milyon dollar dəyərində 82 min 434 ədəd minik avtomobili gətirilmişdi.
Bu ilin yanvar-dekabr aylarının nəticələrinə görə idxal olunan bir minik avtomobilinin orta qiyməti 18 min 816 dollar (təxminən 31 min 987 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 19 min 004 dollar (təxminən 32 min 306 manat) idi. Bu da illik müqayisədə 188 dollar (319 manat) və ya 0,9% ucuzlaşma deməkdir.









