Bu ilin yanvar-dekabr aylarında Azərbaycana 2 milyard 386,5 milyon dollar dəyərində 123 min 319 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 542,3 milyon dollar və ya 29,4%, miqdar ifadəsilə isə 31 min 481 ədəd, başqa sözlə 34,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ölkəyə 1 milyard 844,2 milyon dollar dəyərində 91 min 838 ədəd avtomobil gətirilmişdi.
Bu ilin yanvar-dekabr aylarının nəticələrinə görə idxal olunan bir avtomobilin orta qiyməti 19 min 352 dollar (təxminən 32 min 898 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 20 min 080 dollar (təxminən 34 min 136 manat) idi. Bu da illik müqayisədə 728 dollar (1 238 manat) və ya 3,6% ucuzlaşma deməkdir.










