2025-ci ilin ilk üç ayında Azərbaycanda nəqliyyat sektorunda daşınan sərnişinlərin sayı 472,1 milyon nəfərə çatıb.
Hava nəqliyyatı ilə sərnişin daşımaları 7%-ə yaxın artıb
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Sərnişin daşımalarının əksəriyyəti – 88,2 faizi avtomobil nəqliyyatı ilə həyata keçirilib. Yerdə qalan hissənin 11,2 faizi isə metronun payına düşüb. Lakin bu dövrdə metro nəqliyyatının xidmətlərindən istifadə edənlərin sayı azalıb. Belə ki, metroda daşınan sərnişinlərin sayı 1,3 faiz azalaraq 52,8 milyon nəfər olub.
Digər nəqliyyat növləri isə ümumi sərnişin daşımalarının cüzi bir hissəsini təşkil edib. Rəqəmlər göstərir ki, şəhərdaxili və şəhərlərarası səfərlərdə hələ də ən çox üstünlük verilən nəqliyyat vasitəsi avtomobil olaraq qalır, metronun payında isə cüzi azalma müşahidə olunur.