2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarında ciddi artım müşahidə olunub.
Azərbaycanda aqrar sektor 2%-ə yaxın böyüyüb
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə hava yolu ilə 865,3 min sərnişin daşınaraq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artım əldə olunub. Hava nəqliyyatında daşımaların 99,9 faizi dövlət müəssisələrinə, yalnız 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Lakin, yükdaşımada vəziyyət bir qədər fərqli olub. 2025-ci ilin ilk üç ayında hava yolu ilə yükdaşıma 4,5 faiz azalaraq, ümumilikdə 97,9 min ton olub.
Hava yolu ilə sərnişin daşımalarının artması, ölkədəki beynəlxalq əlaqələrin güclənməsinin və turizmin inkişafının bir göstəricisi olsa da, yük daşımalarının azalması, həmin sektorda yeniliklərə və yaxşılaşdırılmağa ehtiyac duyulduğunu göstərir.