Təəssüf ki, hələ də qeyri-qanuni sərnişindaşıma həyata keçirilir.
Qanunsuz sərnişin daşımalarının qarşısını almaq üçün - REYDLƏR KEÇİRİLİR
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Davamlı tədbirlər keçirilməsinə baxmayaraq, qeyri-qanuni daşımaların qarşısını ala bilmirik. Bunun qarşısının alınmasının ən müvafiq yolu qanunvericilikdə dəyişiklik etməkdir. Biletim.az qanunsuz sərnişindaşımaların da qarşısını alacaq”, - deyə nazir müavini qeyd edib. (Apa)