“Ermənistan Mehri dəmir yolu xəttini bərpa etməyə hazırdır”.
Azərbaycan Zəngəzur dəhlizini İrandan keçməklə yaradır - SƏNƏDLƏR İMZALANDI, KÖRPÜLƏR TİKİLƏCƏK
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa parlamentinin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, nəqliyyat və energetika kommunikasiyalarının yaradılması sülh müqaviləsinin əsas gündəmlərindən biridir: “Mehri dəmir yolu xətti Azərbaycan və Ermənistanla yanaşı, Gürcüstan və İranın da Qərb bazarlarına çıxış əldə etməsinə imkan yaradacaq”.