2024-cü ilin yanvar-mart aylarında Bakı metrosu 53 milyon 514,9 min nəfər sərnişin daşıyıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 836,6 min nəfər və ya 1,6% çoxdur.
Bildirək ki, 2024-cü ilin yanvar-mart aylarında Bakı metrosu 52 milyon 678,3 min nəfər sərnişin daşıyıb.
İlk rübdə sərnişin dövriyyəsi 9 min 874 sərnişin-km (1,6%) artaraq 631 min 636 sərnişin-km təşkil edib.
2023-cü ilin I rübündə bu göstərici 621 min 762 sərnişin-km təşkil edib.