2024-cü ilin ilk rübündə Bakı metrosu sərnişindaşımadan 20 milyon 822,5 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-ci ilin I rübü ilə müqayisədə 2 milyon 183,5 min manat və ya 11,7% çoxdur.
2023-ci ilin eyni dövründə Bakı metrosu 18 milyon 639 min manat gəlir əldə etmişdi.