İstanbul Hava Limanı 2022-ci ilin avqust ayının nəticələrinə görə dünyanın ən işlək beş hava limanına daxil olub.
Eləcə də bax: İstanbula rekord sayda turist gəlib - 10 İLİN REKORDU
FED.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu "Twitter" səhifəsində yazıb:
"İstanbul Hava Limanı həmişə Avropanın ən işlək limanları reytinqində birinci olub. Bu gün isə o, dünyanın ən işlək beş hava limanı sırasına daxil olub".
Müvafiq olaraq, avqust ayında dünyanın ən işlək hava limanları reytinqində lider Atlanta Beynəlxalq Hava Limanı (4 milyon 750 min sərnişin) olub. Sonrakı yerlərdə Dubay Beynəlxalq Hava Limanı (4 milyon 92 min sərnişin), Dallasdakı Fort Uort (3 milyon 928 min sərnişin) qərarlaşıb. Dördüncü yeri 3 milyon 843 min sərnişinlə Tokio Beynəlxalq Hava Limanı, beşinci yeri isə 3 milyon 807 min sərnişinlə İstanbul hava Limanı tutur. (Marja)