İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə sərmayə qoyulması haqqında razılıq əldə edib.
İran Astara sərhəd-keçid məntəqəsi vasitəsilə qeyri-neft ixracını - ARTIRIB
FED.az xəbər verir ki, Rusiyanın sərmayəsi ilə dəmir yolu layihəsinin Şimal-Cənub Dəhlizinin çatışmayan halqası kimi 3 il ərzində tikintisi nəzərdə tutulur ki, bu da verilən proqnozdan bir il azdır.
Razılaşmaya əsasən, iranlı podratçılar dəmir yolu xəttinin infrastrukturunu tam şəkildə həyata keçirəcəklər.
Bu gün Vladimir Putinin xüsusi köməkçisinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin rəsmiləri ilə birlikdə Rəşt-Astara dəmir yolu xəttinə baş çəkəcək. (Apa)