İranda yeni ilin başladığı martın 21-dən sentyabrın 21-nə qədərki 6 ay ərzində Azərbaycanla sərhəddə yerləşən Astara sərhəd-keçid məntəqəsi vasitəsilə 239 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.
Eləcə də bax: ABŞ İrandan neft ixracına kömək etdiklərinə görə 10 şirkətə sanksiyalar - TƏTBİQ ETDİ
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 5 % çoxdur.
Hesabat dövründə ixrac edilən qeyri-neft məhsullarının həcmi isə 402,3 min ton olub ki, bu da illik müqayisədə 6 % çoxdur.
Əsas ixrac məhsulları kənd təsərrüfatı, neft-kimya, minerallar, plastik artefaktlar, kafel, keramika, tikinti daşları, süd məhsulları, su məhsulları və plastik artefaktlar , əsas ixrac istiqamətləri isə Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna və Belarus olub. (Report)