“Azərbaycanın erməni işğalından azad edilən bölgələrində çox vacib layihələrin həyata keçirilməsi bizə həvalə olunub”.
Eləcə də bax: İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu - Fotolar - Video
FED.az xəbər verir ki, bunu “Kalyon Holding”in Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım bildirib.
Onun sözlərinə görə, bu yol layihələrindən biri Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, digəri isə Horadiz-Mincivan-Ağbənd dəmir yoludur: “Hər iki layihəni firmamızın keyfiyyətinə uyğun olaraq zamanında təhvil verərək, azərbaycanlı qardaşlarımızın istifadəsinə verəcəyik. Bu layihəni ən keyfiyyəti və ən uyğun zamanda həyata keçirmək üçün planlar hazırlamışıq. Layihə haqqında bəzi özəl məlumatları vermək istəyirəm. Avtomobil yolu 124 km, dəmir yolu 114 km-dir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yolların mənəvi olaraq çox böyük önəmi var. Bildiyiniz kimi, bu yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 km-lik yollarla İğdırdan Bakıya birbaşa bağlanacaq ən vacib ticarət və turizm yolu olacaq. Biz komandamızla buradayıq, işi vaxtında çatdırmaq üçün hər cür hazırlığı görürük”.
N.Yıldırım deyib ki, avtomobil yolu ilə bağlı müqavilədən sonra inşaat işlərini görməyə başlayıblar: “Avtomobil yolunu 2023-cü ilin iyun ayında bitirməyi planlaşdırırıq. Qarşımıza çıxa biləcək ən əsas problem ərazidəki minaların təmizlənməsidir. Bildiyiniz kimi, minaların təmizlənməyi bizim üçün çox vacibdir. Bu yolu inşa edərkən heç bir işçimizin zərər görməsini istəmirik. Bu səbəbdən mina təmizlənməsi bitdikdən sonra bütün əməkdaşlarımızla yolun ən tez zamanda bitməsi üçün çalışacağıq. 2023-cü ilin iyununda yolumuzun açılışı olacaq”. (Apa)