Metronun “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti bu gündən sərnişinlərin istifadəsinə verilib.
Hacıqabulda 5300-dən çox “Chevrolet” avtomobili istehsal edilib
FED.az xəbər verir ki, üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, marşrut üzrə işləyən yeni “Isuzu” avtobusları “AzMaşın” Hacıqabul Sənaye Məhəlləsində Özbəkistanın “SamAuto” şirkəti ilə müştərək istehsaldır.
Ekspert qeyd edib ki, Bakı və Sumqayıt arasında alternativ marşrutların sayı çoxaldıqca sərnişinlərin daha rahat fərqli nöqtələrdən şəhərə girişi təmin olunur.
“Eyni zamanda nəzərə alaq ki, Bakı ilə Sumqayıt arasında Abşeron dairəsi üzrə elektrik qatarları da fəaliyyət göstərir. Bu da insanların rahat hərəkətinə imkan yaradır. Ölkəmiz iki beynəlxalq tədbirin keçirilməsi ərəfəsindədir. Hazırda Formula 1 yarışı keçirilir və noyabrda keçiriləcək COP29-a hazırlıq işləri görülür. Bununla əlaqədar şəhər yolları əsaslı təmir olunur. Nəzərə alaq ki, Bakı birmərkəzlidir bu səbəbdən marşrutlar şəhər mərkəzindən keçirsə 19-30 dəqiqə yubanma müşahidə olunur”,- deyə ekspert qeyd edib.
Rauf Ağamirzəyev əlavə edib, digər müsbət amil paytaxt nəqliyyatının şəbəkələnməsidir: “Belə ki, təmir işləri bitdikdən sonra dəmiryolu vağzalı ətrafında nəqliyyat mübadilə mərkəzi işə düşəcək. Bu da Bakının avtobus nəqliyyatı üzrə yükünü azaldacaq”.
Qeyd edək ki, marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək. (Azərtac)