İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.
Azərbaycanın buraxdığı «Chevrolet»lərin – QİYMƏTİ AÇIQLANDI – MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, səfər çərçivəsində Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib.
Qeyd edilib ki, Azərbaycan və Özbəkistan tərəflərinin Hacıqabul Sənaye Parkında birgə layihəsi çərçivəsində avtomobil istehsal edilir.
Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal edilib. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.