Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti gələn il yanvarın 1-nə qədər uzadılıb.
Eləcə də bax: Əcnəbilərin Gürcüstana giriş qaydaları dəyişib
FED.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.
Məlumata görə, məhdudiyyətlər Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milana yerinə yetirilən birbaşa uçuşlara şamil olunmur.
Qərar Kutaisi ilə Riqa, Katovitsa, Vilnüs və Dortmund şəhərləri arasındakı müntəzəm reyslərə də aid deyil. (Report)