2023-2024-cü tədris ilində Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti bakalavr və magistr tədris planına dəmir yolu sahəsi ilə bağlı fənləri də əlavə edib.
"Azərbaycan Dəmir Yolları"nda maşinist işləmək istəyənlərin - 73%-İ İMTAHANDAN KEÇMƏYİB
"Azərbaycan Dəmir Yolları"’ (ADY) QSC-dən FED.az-a verilən məlumata görə, universitetdə ADY tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək.
Məlumata görə, tələbələr Gəncə Dəmiryolu Vağzalı, Gəncə Yeni Lokomotiv Deposunda və stansiyalarda təcrübə proqramlarında iştirak edə biləcəklər.
"Peşəkar dəmiryolçu olmaq istəyən gəncləri builki tələbə qəbulunda Nəqliyyat mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisaslarını seçməyə dəvət edirik", - məlumatda qeyd olunur.
Dəmiryolçu məzunlar gələcəkdə ADY-nin müxtəlif xidmət sahələrində çalışmaq imkanı əldə edəcəklər.