"Azərbaycan Dəmir Yolları" QSC-də maşinist işləmək istəyənlərin 27 %-i imtahandan uğurla çıxıb.
Dəmir yolları ilə sərnişindaşımada - 51% ARTIM OLUB
FED.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, qurumdan və kənar təşkilatlardan ümumilikdə 349 nəfər maşinist və maşinist köməkçiləri üçün 3 mərhələli imtahan prosesinə qatılıb.
Sonda 92 namizəd dəmiryol nəqliyyatının idarə edilməsi hüququnu təsdiq edən vəsiqəyə sahib olub, o cümlədən kənar qurumlardan müraciət etmiş 38 namizəddən 15-i imtahanı uğurla başa vurub.