Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları müəyyənləşəcək.
Azərbaycanda taksi fəaliyyəti ilə bağlı dəyişikliklər - NƏ VERƏCƏK? - RÜSUMLAR
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması hallarına dair normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.